• Restoran üsulu mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 7 230

Tarix : 27-06-2021, 10:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 fincan mərci
1 soğan
1 diş sarımsaq
1 xörək qaşığı un
1,5 xörək qaşığı kərə yağı
Duz
Sarıkök
4,5 fincan isti su

Hazırlanması:
Hər şeydən əvvəl soğan və sarımsağımızı yeməli olaraq doğrayırıq.
Kərə yağımızı götürüb bişəcəyimiz qazanda əridirik.
Doğranmış soğan və sarımsağımızı əridilmiş kərə yağına əlavə edirik və 2 dəqiqə qızardırıq.
Unumuzu əlavə edib qovururuq.Yuyulmuş mərciməklərimizi əlavə edirik.
Duz və sarıkökü əlavə edin.1-2 dəfə qarışdırdıqdan sonra isti suyumuzu əlavə edirik.
Əvvəlcə normal istidə bir neçə dəqiqə qaynatırıq.Sonra mərcimək bişənə qədər yavaş atəşdə təxminən 15-20 dəqiqə qaynatırıq.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, edirik, soğan, sarımsağımızı, qaynatırıq, fincan, qaşığı, xörək, Yuyulmuş, suyumuzu, sonra, qarışdırdıqdan, sarıkökü, Əvvəlcə, mərciməklərimizi, Sonra, yavaş, atəşdə, təxminən
BİZİ İZLƏYİN