• Alman üsulu göbələk şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 17 728

Tarix : 18-11-2014, 22:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
50 q şampinyon (bütöv)
700 ml su
75 q kök
cəfəri kökü
Cəfəri
75 q soğan
40 q kərə yağı
150 ml 1,5% yağlılıqlı süd
100 q manna yarması
1 yumurta
duz

Hazırlanması:
Quru göbələkləri yaxşıca yuyun. 3 saat soyuq suda saxlayın. Sonra göbələyi çıxarın. Suyu çalxalamadan başqa bir qazançaya süzün.
Qazanı ocağa qoyub göbələkləri hazır olana qədər bişirin. Göbələkləri çıxarıb doğrayın. Bulyonu cunadan süzün.
Baş soğanı, yerkökünü və cəfəri kökünü təmizləyib uzun-uzun doğrayın. Bunları yağda vam odda 5 dəqiqə qızardın.
Sonra göbələk bulyonunun içinə qızartdığınız tərəvəzi və doğranmış göbələkləri əlavə edin, qaynayanda ocağı azaldın, 15 dəqiqə bişirin. Duz tökün.

Südü qaynadın. Manna töküb daha 15 dəqiqə bişirin. Soyudun. Soyumuş sıyığa 1 yumurta, yağ vurub qarışdırın. Sonra qaşığın köməyilə bundan xırda kürəciklər düzəldib qaynayan duzlu suya salıb bişirin. Hazır olanda aşsüzənə tökün. Göbələk şorbasını süfrəyə verərkən içinə əlavə edin, üzərinə isə doğranmış cəfəri səpin.

Nuş olsun!
Etiketlər: bişirin, Sonra, göbələkləri, dəqiqə, cəfəri, süzün, doğrayın, içinə, yumurta, tökün, əlavə, doğranmış, Soyumuş, tərəvəzi, qızartdığınız, vurub, sıyığa, Soyudun, töküb, qarışdırın
BİZİ İZLƏYİN