• Tərəvəzli uşaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 29 175

Tarix : 13-08-2014, 17:00

Bölmə : Şorbalar / Uşaq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
1 xörək qaşığı buğda
1 xörək qaşığı yulaf əzməsi
Dörddəbir balqabaq
Dörddəbir kök
1 kiçik brokoli
1 çay qaşığı zeytun yağı
Su

Hazırlanması:
Buğdanı yuyub gecədən 300 ml su ilə isladın, eyni suda sabahısı gün bişirin. Buğdalar çatlayıb bişincə yulaf əzməsini əlavə edin və 5 dəqiqə də bişirin. Bişirdiyiniz bu taxıllı qarışığı əzin. Digər tərəfdə tərəvəzləri buxarda ya da az su ilə bişirərək yaxşıca əzin. Tərəvəzləri bir süzgəcdən keçirə bilərsiniz, daha kiçik hissələrə ayırmış olarsınız. Tərəvəzləri hazırladığınız taxıllı qarışığa əlavə edin və yağı qatın.

Nuş olsun!
Etiketlər: qaşığı, Tərəvəzləri, kiçik, Dörddəbir, əlavə, bişirin, xörək, taxıllı, yulaf, yaxşıca, bişirərək, tərəfdə, Digər, tərəvəzləri, buxarda, hissələrə, hazırladığınız, qarışığa, qatın, olsun
BİZİ İZLƏYİN