• Turşlu yaşıl soğan şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 342

Tarix : 9-07-2016, 22:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd yaşıl soğan
3 ədəd təzə lobya
1 ədəd kök
1 ədəd kartof
1 ədəd cəfəri
2 ədəd yumurta sarısı
1,5 kasa qatıq
kifayət edəcək qədər duz, su
1,5 xörək qaşığı un
1,5 xörək qaşığı kərə yağı
yarım limon

Üzəri üçün:
1,5 xörək qaşığı kərə yağı
1 şirin qaşığı qırmızı bibər

Hazırlanması:
Əvvəl soğan, yaşıl soğan, kök, kartof, lobya və cəfərini kiçik kiçik doğrayın.
Daha sonra bir qazana isti su əlavə edin.
Əvvəl lobyanı qoyub 10 dəqiqə bişirin.
Digər tərəvəzləri də əlavə edib bişirməyə davam edin.
Ayrı bir yerdə qatıq, un, yumurta sarısını çırpın.
2 xörək qaşığı şorba suyundan içinə əlavə edin.
Qaynamaqda olan şorbaya əlavə edin.
Limonu əlavə edin.
5 dəqiqə qədər qaynadıb altını bağlayın.
Üzərinə qırmızı bibərlə qızdırılmış yağı tökərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, xörək, soğan, kiçik, Əvvəl, yaşıl, dəqiqə, qırmızı, qədər, kartof, lobya, yumurta, qatıq, Qaynamaqda, şorbaya, içinə, yerdə, sarısını, şorba
BİZİ İZLƏYİN