• Qırmızı mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 12 883

Tarix : 22-12-2016, 16:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Qırmızı mərci 1 stk.
Soğan 1 ədəd
Yer kökü 1 ədəd
Kartof 1 ədəd
Tomat pastası 2 x.q.
Kərə yağı 3 x.q.
Su 4 stk.
Duz
İstiot

Hazırlanması:
Soğanı şorbanı bişirəcəyiniz qazanın dibinə xırda xırda doğrayıb kərə yağı ilə 4-5 dəqiqə qızardın. Üzərinə sürtgəcdən keçirilmiş yer kökü və tomat pastası əlavə edərək əlavə 10 dəqiqə bişirməyə davam edin. Qazana su əlavə edin. Kartofu doğrayıb mərci ilə birlikdə suya əlavə edin. Kartof bişənə kimi şorbanı bişirməyə davam edin. Zövqünüzə görə duz və istiot əlavə edin. Son olaraq şorbanı blenderdən keçirdin. Mərci şorbamız hazırdır!

Nuş olsun!
Etiketlər: əlavə, şorbanı, doğrayıb, xırda, bişirməyə, dəqiqə, pastası, mərci, davam, Kartof, bişənə, Kartofu, Qazana, Zövqünüzə, birlikdə, olaraq, şorbamız, hazırdır, Mərci, keçirdin
BİZİ İZLƏYİN