Pəhriz saxlayanların, güman ki, arıqlamaq üçün kələm şorbasından xəbərləri var. Çoxları bu şorbanın möcüzəvi olduğuna inanır, bəziləri ağız büzürlər. Arıqlayıb çöpə dönmək istəyənlər bir həftə ərzində, hər gün bu şorbadan bişirib gündə 5-6 dəfə ondan yeyir, arada aclıqlarını 50 q qara çörək, 1 bişmiş yumurta, yaxud 30 q bərk pendirlə öldürürlər. Maye qismində isə yaşıl çay və su qəbul edirlər.
Üzücü pəhrizləri qəbul etməyənlər, ancaq həftədə bir dəfə mədə-bağırsaq sistemini təmizləmək istəyənlər də onun faydalarından yararlana bilərlər.
Tərkibi:300 q kələm
70 q yerkökü
50 q soğan
20 q bolqar bibəri
30 q pomidor
20 q kərəviz budağı
20 q təmizlənməmiş düyü
3 q duz-istiot
Hazırlanması:Tərəvəzləri xırda doğrayın.
Hamısını qazana yığıb üstünə 1 l soyuq su tökün.
Şorba qaynara düşəndən sonra daha 15 dəqiqə vam odda, qapağı açıq olmaqla qaynadın.
Sonra ocağı söndürün, qazanın qapağını örtüb 1 saat saxlayın (dəmlənsin).
Bu müddətdə təmizlənməmiş düyünü qaynadın, hazır olandan sonra dəmlənmiş şorbaya əlavə edin.
Nuş olsun!
Etiketlər: qaynadın, istəyənlər, təmizlənməmiş, qəbul, kələm, sonra, doğrayın, xırda, Tərəvəzləri, istiot, Hamısını, qazana, soyuq, üstünə, yığıb, əlavə, olsun, soğan, yerkökü, Tərkibi