• Dzadziki resepti

Reseptin məlumatları Baxış sayı: 2 759

Tarix : 10-12-2017, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 stakan qatıq (Bu qatıq sulu olmamalıdır, əgər suludursa onu parçanın içinə qoyub yaxşıca sıxın)
1-2 diş sarımsaq
1 xıyar
3 x.q. zeytun yağı
2 x.q. limon suyu
1/2 ç.q. şəkər tozu
1 x.q. quru nanə
duz

Hazırlanması:
Xıyarı sürtkəcdən keçirin, üstünə düz əlavə edin. Süzgəcə qoyub yaxşıca suyunu sıxın.
Sarımsağı sarımsaq sıxandan sıxın yada sürtkəcin kiçik gözündən keçirin.
Qatığın içinə xiyarı, sarımsağı, zeytun yağı, limon suyu, quru nanə, şəkər tozu əlavə edin. Yaxşıca qarışdırın. Üstünü zeytun yağı və xıyarla bəzəyin. Dzadzikini bir meze kimi süfrəyə verə bilərsiz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: zeytun, sıxın, sarımsaq, limon, keçirin, şəkər, yaxşıca, əlavə, qoyub, qatıq, içinə, Yaxşıca, sarımsağı, Qatığın, gözündən, qarışdırın, xiyarı, Üstünü, süfrəyə, bilərsiz
BİZİ İZLƏYİN