• Pendirli sous resepti

Reseptin məlumatları Baxış sayı: 5 455

Tarix : 13-10-2018, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
50 qr. kərə yağı
50 qr. un
0,5 lt. süd
duz
istiot
150 qr. istədiyiniz pendir: bu Parmezan, Gouda (Holland pendiri) və s. ola bilər.

Hazırlanması:
1.Dərin və qalın balaca qazanda kərə yağını əridin.
2.İçinə az-az un əlavə edərək qarışdırın. Dibinin yanmasına imkan verməyin. Yoxsa rəngi dəyişər və başka tam verər. 2 dəqiqə beləcə qovurun.
3.Unun içinə az-az soyuq süd əlavə edin və əl çırpanı ilə yaxşıca qarışdırın. Un topları qalmamalıdır. Südü əlavə etməyə davam edin. Un süddə tam həll olduqdan sonra südün qalanını tökün.
4.Orta atəşdə qaynayana kimi qarışdıraraq bişirin.
5.Qaynamağa başlayan zamandan atəşi azaldın.
6.Pendiri sürtkəcdən rəndələyib əlavə edin və dayanmadan qarışdırın.
7. 5 dəqiqə ərzində qarışdıraraq bişirin. Qatılaşanda hazırdır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, qarışdırın, bişirin, dəqiqə, qarışdıraraq, südün, qalanını, tökün, sonra, süddə, topları, yaxşıca, çırpanı, qalmamalıdır, etməyə, atəşdə, davam, olduqdan, qaynayana, dayanmadan
BİZİ İZLƏYİN