• Qışlıq pomidor sousu resepti

Reseptin məlumatları Baxış sayı: 5 574

Tarix : 6-02-2019, 12:00

Bölmə : Souslar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 kq pomidor,
1 çay stəkanı zeytun yagi,
1 yemək qaşığı duz,
1 baş iri diş sarımsaq,
qapaqlar və bankalar 4-5 ədəd ,

Hazırlanması:
Pomidorları yuyub rəndədən keçirdin.
İstərsəniz pomidorların qabıqlarını soyub iri şəkildə də doğraya bilərsiniz.
Pomidorları mətbəx robortundan da keçirdə bilərsiniz münki çox sulu olduğu üçün qaynadan zaman istənilən qatılığa çatmaq çətin olur.
Geniş bir qazana rəndələdiyiniz pomidorları qoyun.
20 kq-a yaxın olan pomidorları hissə-hissə bişirə bilərsiniz .
Belə edərsinizsə həm ölçüsünü düzgün bilərsiniz, həm də daha keyfiyyətli bir dad əldə edə bilərsiniz.
Qazana pomidorları qoyun üzərinə zeytun yagi və duzu əlavə edib ocağı yandırın.
Əvvəlcədən təmizləyib hazırladığınız sarımsaqları istərsəniz bütöv ya da doğranmış halda əlavə edəbilərsiniz.
Sarımsaq istifadə etməyə də bilərsiniz öz istəyinizə bağlı olaraq sosu hazırlaya bilərsiniz.
Qazandakı pomidorlar pokurdamağa başlayanda ocağın altını azaldın və aram-aram qarışdıraraq suyunun pişmə ərəfəsində çəkilməsinə çalışın.
Bişirmə aşamasında pomidorların suyu azalar amma tam olaraq bitməz.Sosu bankalara doldurduqdan sonra soyuduqca suyunun azaldığını hiss edə biləcəksiniz.
Pomidorların istədiyiniz qatılıqda olması bir saata yaxın vaxt çəkəcəkdir.
Ocağı söndürmədən yuyub qurutduğunuz bankalara sosu isti-isti doldurun və bankaların qapağını möhkəm bağlayın.
Qapağı möhkəm bağlamağınız sosunuzun hava alaraq pozulmasının qarşısını alacaqdır.
Qapaqlarını bərkitdiyiniz bankaları quru bir dəsmalın üzərinə başı aşağı qoyaraq bir gün saxlayın.
Hazır sosları günəş şüası dəyməyən bir yerdə saxlayın.
Açdıqdan sonra isə soyuducuda saxlayaraq istifadə etsəniz daha yaxşı olardı.

Nuş olsun!
Etiketlər: bilərsiniz, pomidorları, möhkəm, hissə, yaxın, üzərinə, əlavə, olaraq, suyunun, bankalara, istifadə, sonra, saxlayın, qoyun, yuyub, zeytun, pomidorların, Pomidorları, istədiyiniz, Pomidorların
BİZİ İZLƏYİN