• Süfrə bəzəmək qaydaları

Reseptin məlumatları Baxış sayı: 14 253

Tarix : 12-06-2018, 20:00

Bölmə : Süfrə düzəni


Süfrə bəzəyi necə olmalıdır?
Axşam qonaqlarınız üçün çox dadlı yeməklər bişirmiş və gün boyu bu işlə cox çalışmış ola bilərsiz, ancaq bunu düzgün bir süfrə qaydası ilə verə bilməsəniz o zaman bütün əziyyətiniz puç ola bilər. Sizə stol bəzəyi üçün sadə amma əsas qaydaları təqdim edirəm:

Özəl bir yemək üçün süfrə hazırlamaq sizi qorxutmasın. Bəzi əsas qaydaları oxuyraq cox asan şəkildə zərif bir yemək süfrəsi aça bilərsiniz.

1) Yemək stolunuzun üzərinə ütülənmiş gözəl bir süfrə örtüsü salın.

2) Boşqabları süfrəyə uyğun seçin və boşqablar arasında bərabər məsafə saxlayaraq qoyun.

Süfrə üzərinə əvvəl düz və böyük olan boşqabı (bu boşqab əsas yeməklər üçün nəzərdə tutulur və ən altta olur) yerləşdirin. Bu boşqabın üzərinə salat və ya desert boşqabı və ortasına da şorba kasasını yerləşdirin. (İstəsəniz lap altta son zamanlar dəbdə olan yemək altı adlanan iri və düz bir qab yerləşdirə bilərsiniz)

Hər boşqabın üst soluna bir çörək qabı yerləşdirilir. Çörək qabı servis edəcəyiniz yeməkdən 1 saat əvvələ qədər qoyula bilər.
Qeyd: Salat nimçələri şorba yeyilib qurtardıqdan sonra çorba kasaları ilə yerləri dəyişdirilir.

3) Salfetləri yerləştirin.
Salfetləri boşqabalrın soluna yerləşdirin, stolunuzun böyüklüyünə görə salfet və boşqablar arasında yer varsa çəngəl və bıçağı salfetin üzərinə yerləşdirə bilər və ya stolunuz genişdirsə salfetləri xüsusi salfet bəzəkləri ilə bağlayib boşqabın içərisinə qoya bilərsiniz. Çalışın daha çox parça salfetlərdən istifadə edin. Bu süfrəyə daha gözəl bir görünüş verir. Salfetləıri süfrəyə uyğun rəngdə seçin.

4)Çəngəl, bıçaq və qaşıqları boşqabın hər iki tərəfinə yerləşdirin.
Çəngəl, bıçaq və qaşıqları soldan sağa yerləşdirin.
Salat çəngəli, sonra əsas yemək çəngəli, bıçak sol tərəfdə, aş qaşığı sağ tərəfdə, çörək boşqabının yuxarısına yağ bıcağı yerləşdirin.

5) Qədəhlərin yerləşdirilməsi
Su qədəhini boşqabın sağ tərəfində bıcağın üzərində yerləşdirin. Su qədəhinin yanına şərab və digər qədəhləri də qoya bilərsiz.

6)Duz, istiot və gülləri yerləşdirmə
Süfrənizin ortasına yaxın,müsafirlərin əlinin çatacağı məsafədə duz, istiot qablarını qoyun. Və dekorasiya üçün süfrənizə təbii zərif güllərdən bəzək də verə bilərsiniz.

A= Salfet
B= Əsas yemək boşqabı
C=Şorba kasası
D=Çörək bıçağı
E=Su,şirə qədəhi
F=Şərab, konyak qədəhi
G=Əlavə şərab və ya digər içkilər üçün nəzərdə tutulmuş qədəh
H=Salat çəngəli
I= Əsas yemək çəngəli
J= Desert üçün nəzərdə tutulmuş çəngəl
K=Bıçaq
L=Şirniyyat ya da çay qaşığı
M=Şorba və ya aş qaşığı
Etiketlər: yerləşdirin, yemək, boşqabın, üzərinə, çəngəli, bilərsiniz, süfrə, qaşığı, süfrəyə, nəzərdə, boşqabı, bilər, Salat, çəngəl, salfet, Salfetləri, qoyun, şərab, istiot, seçin
BİZİ İZLƏYİN