• Çəngəllərdən istifadə qaydası - MARAQLI FAKTLAR

Reseptin məlumatları Baxış sayı: 3 916

Tarix : 30-01-2018, 20:00

Bölmə : Süfrə düzəni


Çəngəl bıçaq və qaşıqdan uzun müddət sonra - IX əsrdə yemək alətinə çevrilib. Lakin ondan XVII əsrdən etibarən fəal istifadə olunmağa başlayıb. Hazırda isə çəngəl nahar masasının əvəzedilməz atributuna çevrilib, lakin bu yemək alətinin müxtəlif növlərini ayırd etmək heç də həmişə asan olmur.

Yemək çəngəli. Bütün ikinci isti xörəklər üçün nəzərdə tutulub. Bu çəngəl xüsusi əlamətlərə malik deyil. O, dörd uzun dişə malikdir, onun uzunluğu boşqabın diametrindən bir az kiçik olur və bir çox hallarda masa üzərindəki boşqabın soluna dişləri yuxarı istiqamətlənmiş vəziyyətdə qoyulur. Boşqabın yanına bir neçə çəngəl qoyularsa, bu çəngəl boşqaba ən yaxın qoyulmuş olacaq.

Balıq çəngəli. Bu çəngəl balıqdan hazırlanmış isti xörəklərdə istifadə olunur. Balıq çəngəli qəlyanaltı çəngəlindən bir az qısadır və onun sonluğunda dörd qısa diş var. Masa üzərində balıq yemək üçün orta dişləri arasında digərlərinə nisbətən uzun dəlik olan və ya dairəvi kənarları üzərində kiçik girintisi olan çəngəl də ola bilər. Onun forması balıqdan asılıdır. Bu çəngəl yemək çəngəlindən solda qoyulur.

Qəlyanaltı çəngəli. O, soyuq yeməklərlə, o cümlədən soyuq və bəzi isti qəlyanaltılarla verilir. Praktiki olaraq, yemək çəngəlinin dəqiq, lakin kiçildilmiş formasıdır, uzunluğu qəlyanaltı boşqabının diametrindən bir az qısadır. Masa üzərinə balıq çəngəlindən solda qoyulur.

Desert çəngəli. Şirniyyat üçün desert çəngəlindən istifadə edilir. Onu digərlərindən üç dişi və kiçik desert boşqabına uyğun uzunluğuna əsasən fərqləndirmək olar. Bundan başqa, o, çox orijinaldır. Bir qayda olaraq, boşqabın yuxarısında, dişləri sağa istiqamətlənmiş vəziyyətdə qoyulur.

Meyvə (salat) çəngəli. Süfrəyə meyvə verildiyi halda qoyulur. Əgər süfrəyə konservləşdirilmiş meyvə və ya meyvə salatı verilirsə, çəngəllə birlikdə bıçaq qoymaq lazım deyil. Meyvələr təzə olduqda isə süfrəyə hər iki aləti qoymaq lazımdır. Meyvə çəngəlinin uzunluğu onun partnyoru olan bıçağın uzunluğu ilə təxminən eynilik təşkil edir və onlar mütləq eyni dəstəyə malik olurlar. Bu çəngəlin digərlərindən əsas fərqi onun iki dişinin olmasıdır.
Etiketlər: çəngəl, çəngəli, qoyulur, yemək, uzunluğu, çəngəlindən, dişləri, istifadə, kiçik, meyvə, boşqabın, Balıq, malik, deyil, istiqamətlənmiş, diametrindən, balıqdan, vəziyyətdə, qısadır, digərlərindən
BİZİ İZLƏYİN