• Yeni ildə süfrəni belə hazırlayın - Dizayn fikirləri

Reseptin məlumatları Baxış sayı: 4 632

Tarix : 9-12-2018, 21:00

Bölmə : Süfrə düzəni

Dekabr ayının son günlərini yaşayırıq. Artıq hər kəs bayram tədarükü görür. Axı bayram süfrəsinə qoyulacaq hər nemət əvvəlcədən hazırlanmalıdır. Bəs Yeni il süfrəsi necə olmalıdır?

İl ərzində bütün işlərinizin uğurlu olmağını istəyirsinizsə, donuzu məyus etməyin. Məsələn, masaya qırmızı rəngli örtük salmaqla onun da əhvalına birbaşa təsir edə bilərsiniz. Yaxud da qızılı, əlvan rəngli dekorasiyalarla süfrəyə bəzək verərək əhvalı qaldırmaq olar.

Bayramın əsas atributları oyuncaqlar və şam ağacları olsa da, şamlar da onlar qədər təsirlidir. Evi bəzəməyə hazırlıq görürsünüzsə, Yeni il şamlarını da unutmayın. Bu zaman süfrə rəngbərəng işıq saçacaq. Sevgilinizə, ya da həyat yoldaşınıza gözəl süfrə hazırlayıb romantik axşam yeməyi düşünürsünüzsə, şamların həmin süfrəyə gözəllik qatacağından əmin ola bilərsiniz. Süfrənin kənarlarına zərlər, bəzəklər və başqa fiqurlar da qoya bilərsiniz. Amma şamlarla çox ehtiyatlı olun ki, eviniz alışıb-yanmasın.

Portağal səbətləri də bayram süfrəsində qeyri-adi təsir bağışlayır. Yaxud da meyvə qabının bir tərəfinə portağal və mandarin qoyun, digər tərəfə isə başqa meyvələr düzmək olar.

Çay süfrəsini karamel, şokolad konfet və dadlı tortla bəzəyin. Yadda saxlayın ki, bayram süfrəsində qonağınızın ağzını nə qədər şirin etsəniz, o da bütöv bir ildə həyatınıza bir o qədər şirinlik qatar.

Kiçik bir çiçək dəstəsi isə qarşıladığınız Yeni ilə təravət, təmizlik, yenilik ab-havası qatacaq.

Dadlı.Az bayram gecəsi evinizdə xoş aura yarada biləcəyiniz bir neçə nümunə toplayıb.

Yeni ildə süfrəni belə hazırlayın - Dizayn fikirləri

Etiketlər: bayram, bilərsiniz, qədər, başqa, təsir, süfrəyə, süfrə, rəngli, süfrəsində, Yaxud, meyvə, yarada, bağışlayır, qeyri, səbətləri, biləcəyiniz, qabının, tərəfinə, tərəfə, meyvələr
BİZİ İZLƏYİN