• Şık süfrə düzümü necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 4 704

Tarix : 27-06-2019, 10:00

Bölmə : Süfrə düzəni


Bayram süfrənizin, qonaqların gözlərini heyran qalmasını istəyirsinizsə əvvəlcə masa düzəninizə diqqət etməlisiniz. Çünki ləzzətli ziyafətlərinizi nümayiş etdirdiyiniz süfrənin, görünüşü ən az yemək qədər iz buraxa bilər. Sizlər üçün süfrənizin parlaqlığını artıracaq masa quruluşunun necə olması lazım olduğunu araşdırdıq.

STƏKANLAR

Su, meyvə suyu və spirtli içki qədəhləri, servis boşqabının sağ tərəfində olmalıdır.

BOŞQABLAR

Süfrəyə servis boşqabı, salat qabı, yemək qabı və şorba kasası olacaq şəkildə 4 fərqli boşqab və 1 kasa qoyulmalıdır.

Ən alta düz bir servis boşqabı digər adı, supra boşqablar yığılır. Bu boşqab ilə yemək xidməti edilməz.

Xidmət qabının üzərində isə yeməklərin süfrəyə edildiyi, yemək boşqabı qoyulur.
Dərin boşqab yemək qabının üzərinə qoyula bilər.

Salat qabını isə süfrədə sağ yuxarı hissəyə yerləşdirə bilərsiz.

BIÇAQLAR

Masada əsas yemək bıçağı, ara isti bıçağı və soyuq yemək bıçağı olmaqla, 3 ədəd bıçaq olmalıdır. Bıçaqlar sağ tərəfdə, içdən xaricə doğru düzülməlidir. Bıçaqların iti qismi mütləq boşqaba baxmalıdır.

ÇƏNGƏLLƏR

Süfrədə əsas yemək, ara isti və şirin çəngəli olmaq üzrə 3 ədəd çəngəl olmalıdır. Çəngəllər boşqabın sol tərəfində, içdən xaricə doğru şəkildə yerləşməlidir. Boşqabların yanına üçdən çox çəngəl qoyulmamalıdır.

QAŞIQLAR

Qaşıq, bıçağın yanında sağ tərəfdə və ən kənar hissədə durmalıdır. Şirin qaşığı isə xidmət qabının önünə digər çəngəl və bıçaqları dik şəkildə qoyulmalıdır.

SALFET

Süfrənin ən mühüm detallarından biri olan salfetlər, qəşəng bir görünüş üçün parça materialdan olanlara üstünlük verilməlidir. Fərqli qatlama metodları istifadə edilərək masaya yerləşdirilə bilər.

BƏZƏMƏ

Süfrənizin ortasına balaca bir çiçək, süfrə bəzəkləri, rəngli daşlar və ya yarpaqlar yerləşdirə bilərsiz.
Etiketlər: yemək, şəkildə, boşqab, boşqabı, olmalıdır, bilər, servis, qabının, bıçağı, çəngəl, tərəfində, doğru, xaricə, tərəfdə, digər, qoyulmalıdır, yerləşdirə, içdən, bilərsiz, süfrənizin
BİZİ İZLƏYİN