• Süfrə bəzəyi – çəngəl, bıçaq, qaşıq düzülüşü

Reseptin məlumatları Baxış sayı: 31 217

Tarix : 27-07-2017, 12:00

Bölmə : Süfrə düzəni


Müxtəlif ölkələrin müxtəlif süfrə mədəniyyəti olsa da, onun bəzənmə prosesi bütün dünyada ümumi olaraq qəbul olunub. Bu yazıda Foxy sənə süfrə bəzəyərkən çəngəli, bıçağı və qaşığı necə düzməlisən mövzusunda ipucları verir. Əvvəlcə bilməlisən ki, çəngəl, bıçaq və qaşıq süfrəyə düzülərkən yeməklərin verilmə sırası ilə düzülməlidir.

Süfrə bəzəyi – çəngəl, bıçaq, qaşıq düzülüşü

Şorba üçün qaşıq sağdan ən sonuncu, ondan əvvəl boşqaba daha yaxın salat bıçağı durur. Boşqabın lap yaxınında isə isti yemək üçün bıçaq, steyk bıçağı və ya əgər əsas yemək balıqdırsa, o zaman balıq üçün bıçaq olmalıdır.

Süfrə bəzəyi – çəngəl, bıçaq, qaşıq düzülüşü

Boşqabdan solda, ən uzaq və sonuncu salat üçün çəngəl, onun yanında boşqaba lap yaxın əsas yemək üçün çəngəl qoyulur. Desert üçün qaşıq və ya çəngəl, bıçaq oturanın qarşı tərəfində, boşqabın yuxarısından düzülür. Çəngəl sol əllə istifadə edildiyi üçün onun tutulan hissəsi sol tərəfdə olmalıdır. Bıçaq isə ona əks olaraq sapı sağ tərəfə doğru uzanmalıdır. Əgər süfrəyə veriləcək desert qaşıqla yeyiləcəksə, bu zaman qaşıq sağ əllə tutulduğu üçün sapı sağ tərəfdən olmalıdır.

Süfrə bəzəyi – çəngəl, bıçaq, qaşıq düzülüşü
Etiketlər: çəngəl, qaşıq, bıçaq, bıçağı, yemək, olmalıdır, süfrəyə, yaxın, zaman, salat, sonuncu, boşqaba, olaraq, süfrə, qarşı, oturanın, tərəfində, boşqabın, düzülür, yuxarısından
BİZİ İZLƏYİN