• Hind üsulu mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 5 267

Tarix : 21-01-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
3 st. qırmızı mərci
5 st. su
1 baş soğan
3 diş sarımsaq
1 x.q. kərə yağı
1 pomidor
1 ç.q. qaram masala
1/2 ç.q. cirə
1/2 ç.q. quru keşniş
1/4 ç.q. darçın
1/2 ç.q. çili (pul bibər)
zəncəfil
1 st. kokos südü (etmək istəsəz bəlkə)

Hazırlanması:
Mərcini təmiz yuyub üstünə su əlavə edin və bişməyə qoyun.
Qalın tavada kərə yağını əridin. İçinə bütün ədviyyatları əlavə edin. 1-2 dəqiqə qızardın.
Soğanı və sarımsağı xırda kəsib yağa əlavə edin. Biraz qovurun. Pomidorun qabığını soyub kəsirik və əlavə edirik soğançaya.
Mərci qaynamağa başlayanda qızartdığımız qarışımı əlavə edirik.
20 dəqiqə bişiririk. Bişmiş mərcinin içinə kokos südü və ya adi südü əlavə edirik. Qaynamamış qazanın altını keçirdirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, dəqiqə, kokos, qabığını, soyub, kəsirik, Pomidorun, qovurun, Soğanı, qızardın, sarımsağı, xırda, kəsib, Biraz, Mərci, Qaynamamış, içinə, qazanın, altını
BİZİ İZLƏYİN