• Qaymaqlı toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 8 874

Tarix : 8-12-2017, 12:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 toyuq budu
1 dəfnə yarpağı
200 ml. qaymaq
2 x.q. kərə yağı
2 x.q. un
duz
istiot

Hazırlanması:
1. Toyuğun budunu az xodda suda bişiririk. Dəfnə yarpağı və duz əvvəldən əlavə edirik. Bişmiş toyuğu çıxardırıq bulyondan və tikələrə didirik. Bulyonu narın süzqəcdən keçirdirik.
2.Kərə yağını dərin qazanda əridirik. Üstünə un əlavə edib biraz qızardırıq. Üstünə 4 st. toyuq bulyonunu əlavə edirik. Yaxşı qarışdırın ki, un topları əmələ gəlməsin.
3. Didilmiş toyuq ətini əlavə edirik şorbaya. Üstünə qaymağı tökürük. Qaynayana gədər bişiririk. Qaynayanda altını keçirdirik.
Duz və istiot əlavə edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, toyuq, Üstünə, bişiririk, keçirdirik, istiot, yarpağı, qarışdırın, topları, əmələ, Yaxşı, biraz, bulyonunu, gəlməsin, qızardırıq, ətini, gədər, Qaynayanda, altını
BİZİ İZLƏYİN