• Borş resepti

Reseptin məlumatları Baxış sayı: 14 115

Tarix : 9-06-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
0,5 kq sümüklü mal əti
300 qr kələm
2 kartof
2 kök
1 baş soğan
2-3 diş sarımsaq
2 çuğundur
1/2 limon
2 x.q. tomat pastası
cəfəri
yumru qara istiot
dəfnə yarpağı
duz

Hazırlanması:
Sümüklü əti qazana qoyuruq. Dəfnə yarpağı, duz, yumru istiot əlavə edirik. Az atəşdə 90 dəqiqə bişiririk. Kəfi yığmağa unutmuruq.
Çugunduru və köku sürtkəcdən keçiririk. Soğanı və sarımsağı xırda kəsirik. Kələmi kəsirik. Kartofu kub kəsirik. Tavaya yağ əlavə edib kökü, çüğünduru, soğanı, sarımsağı qızardırıq. 5-7 dəq. sonra tomat pastasını əlavə edirik. Əgər borşun rəngini bu cür qırmızı etmək istətirsinizsə onda, 1/2 limonu tərəvəzdərin üsdünə sıxın. Borş necə gündə qalsa qıp qırmızı olar.
Bulyonu süzürük narın süzgəcdən ki, artıq kəf gedsin. Əti didib əlavə edirik. Kələmi və kartofu əlavə edirik bulyonun içinə. 10 dəqiqədən sonra qızarmış tərəvəzdəri əlavə edirik. Hazır borşu cəfəri ilə bəzəyin, xama ilə servis edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, kəsirik, yumru, istiot, Kələmi, sarımsağı, yarpağı, cəfəri, qırmızı, tomat, sonra, üsdünə, Bulyonu, sıxın, qalsa, gündə, limonu, rəngini, etmək
BİZİ İZLƏYİN