• Vişisuaz resepti

Reseptin məlumatları Baxış sayı: 3 740

Tarix : 18-06-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 porey soğanı (pirasa, yalnız ağ hissəsi)
1 baş soğan
500 qr. kartof
1 lt. toyuq bulyonu
1 x.q. kərə yağı
200 ml. süd və ya qaymaq
duz
istiot
hind qozu (muskat tozu)

Hazırlanması:
1.Dərin və qalın qazanda kərə yağını əridirik.
2.İki növ soğanı kəsirik və kərə yağında 5 dəqiqə ərzində yaxşı qovururuq.
3.Kartofu soyub kub şəklində doğrayırıq. Soğanın yanına əlavə edib 3-4 dəqiqə bir yerdə qovururuq.
4.Toyuq bulyonunu əlavə edirik, qaynayandan sonra 20-25 dəqiqə kartof bişənə kimi bişiririk.
5.Duz, istiot, hind qozu əlavə edirik.
6.Şorbamızı blendordan keçirdirk.
7.İçinə soyuq süd və ya qaymaq əlavə edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, dəqiqə, qaymaq, istiot, kartof, soğanı, qovururuq, bulyonunu, Toyuq, yerdə, doğrayırıq, Soğanın, yanına, bişənə, keçirdirk, İçinə, soyuq, blendordan, Şorbamızı
BİZİ İZLƏYİN