• Niderlandsayağı brokkoli şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 2 831

Tarix : 20-08-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
1 orta baş brokkoli
1 baş soğan
1 diş sarımsaq
2 kartof
1 kök
1 lt toyuq bulyonu
1 x.q. krem pendir ( labne, philodelphia)
50 qr. holland pendiri
1 x.q. kərə yağı
duz
istiot

Hazırlanması:
1. Baş soğan və sarımsaq xırda doğranılır, kərə yağında qızardırılır. Soğanın rəngi dəyişəndə üstünə toyuq bulyonu süzülür.
2. Brokkoli, kartof, kök orta tikələrə kəsilir və qaynayan bulyonun içinə əlavə olunur. ( 5 dəqiqə sonra 1-2 brokkoli tikəsini çıxarda bilərsiniz, bəzək üçün)
3. Kartof hazır olanda şorba blendordan keçirdirilir.
İçinə krem pendir və holland pendiri əlavə olunur, qarışdırılır. Pendirlər şorbada tam həll olmalıdır.
4. Duz və istiot əlavə olunur. İstəyə görə brokkoli ilə bəzədilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: olunur, əlavə, brokkoli, soğan, pendiri, istiot, pendir, holland, bulyonu, sarımsaq, kartof, toyuq, Kartof, hazır, olanda, bəzək, tikəsini, şorba, çıxarda, bilərsiniz
BİZİ İZLƏYİN