• Toyuq küftəcikli uşaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 10 402

Tarix : 29-08-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Uşaq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
1 orta boy kartof
1 kök
2 x.q. bitki yağı
1 baş soğan
1/4 st. yumru düyü

Küftəciklər üçün:
1 toyuq filesi (200 qr.) 1 yumurta ağı
1/4 st. süd
2 x.q. un duz

Hazırlanması:
1.Birinci küftəcikləri hazırlayaq. Toyuq filesini tikələrə kəsirik. Blendor qabına toyuq filesini, unu, südü, yumurta ağını, duzu, istiotu əlavə edirik. Hamısını yaxşıca blendordan keçirdirik. Qoyuruq qırağa.
2.Soğanı və kökü xırda-xırda kəsirik və qazanda bitki yağında biraz qızardırıq.
3.Rəngi dəyişmiş soğanın üstünə yuyulmuş düyümüzü və 1,5 lt. qaynar su əlavə edirik.
4.İki çay qaşığı köməyi ilə toyuğdan hazırladığımız qarışımından götürüb şorbamıza əlavə edirik. Balaca küftəçiklər forması alınmalıdır.
5.Kartofu kəsib əlavə edirik şorbaya.
6.Düyü və kartof bişən kimi hazırdır.
7.Duz zövgə görə əlavə edirik.
8.Sonda göyərti və ya göy soğan səpilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, kəsirik, yumurta, toyuq, filesini, kartof, xırda, bitki, soğan, qarışımından, şorbamıza, Balaca, hazırladığımız, götürüb, qaşığı, yuyulmuş, üstünə, düyümüzü, qaynar
BİZİ İZLƏYİN