• Umac şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 12 728

Tarix : 24-04-2019, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta sarısı,
1 stəkan qədər un,
2 şorba qaşığı kərə yağı,
2 diş sarımsaq
1 kasa qatıq,
1-2 yemək qaşığı un,
Təzə nanə,
Pul bibər,
Duz,
Su

Hazırlanması:
Suyu dərin bir qazanda qaynamağa qoyun.
Suya kərə yağın yarısını və bir iki parça kəsilmiş sarımsaqlar əlave edin.
Yumurtanın sarısı, duz, un və az-az əlavə edilən suyu bir qabda barmaq uçlarıyla yavaş -yavaş qarışdırılır.
Su miktarı az tutulduğu üçün tam olaraq yoğrulamayan bu xəmir alınacaqdır.
Həmin xəmiri ovcunuzda ovaraq kiçik hissələrə ayırın.
Bu xəmir dənəciklərini bir kəfgirdən keçirdin.
Kəfgirdən keçirtdiyiniz kiçik dənələri qaynayan suya əlavə edin.
Kəfgirin üzərində qalan iri dənələri bir kənara alın.
Qarışdırma qabına qatığı və 1-2 qaşıq unu əlavə edib qarışdırın.
Qatıqlı qarışığa su əlavə edib durulaşdırın.
Qazanda qaynamaqda olan sudan bir çömçə alaraq qatıqlı suya əlavə edin.
Çalışın ki, qaynar su qatığı çürütməsin.
Qatıqlı qarışıq hazır olunca qazanda qaynamaqda olan şorbaya əlavə edib, vam odda bir neçə burum qaynadın.
Geriyə qalan kərə yağı ilə kəfgirdə qalan umac dənələrini qızarana qədər qovurun.
İncə doğranmış təzə nanə və pul bibər də əlavə edib bir-iki dəfə qarışdırın.
Bu sosu şorbanın üzərinə isti-isti gəzdirin.
Umac şorbasını sarımsaqlı qatıqla birlikdə servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qalan, qarışdırın, qazanda, kiçik, bibər, xəmir, yavaş, qaynamaqda, Qatıqlı, qədər, sarısı, dənələri, qaşığı, qatığı, qabına, alaraq, kənara, qatıqlı, Çalışın
BİZİ İZLƏYİN