• Dovğa resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 8 321

Tarix : 30-06-2019, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qatıq: 200 qram,
Yağ (ərinmiş) 10 qram,
Xama: 40 qram,
Ağ buğda unu 10 qram,
Baş soğan: 15 qram,
Düyü: 20 qram,
Quzuqulağı,
İspanaq,
Keşniş,,
Şüyüd,
Digər göyərtilər də (zövqə görə) istifadə etmək olar.
Noxud: 25 qram,
Duz: zövqə görə

Hazırlanması:
Dovğa bişirmək üçün əvvəlcə noxud təmizlənir və suda islanması üçün gözlədilir.
Noxudun islanması üçün təqribən ən azı 3-5 saat suda gözlədilməlidir.
Suda gözlədildikdən sonra noxudlar bişənə qədər qaynadılır.
Dovğaya vurulacaq olan baş soğanlar təmizlənir və kiçik – kiçik doğranır.
Ayrı bir qabda qatıq, xama və un yaxşıca qarışdırılır.
Qarışığın üzərinə duyu və yumurta əlavə edilir və onlar da qarışdırılır.
Qatıqlı qarışıq vam odda ara vermədən qarışdırılaraq qaynayana qədər yavaş – yavaş bişirirlər.
Qarışdırılması mütləq vacibdir. Çünki belə edilmədiyi təqdirdə dovğa çürüyər.
İspanaq, quzuqulağı, keşniş şüyüd kiçik – kiçik doğranır.
Xörəyin bişməsinə az qalmış (təqribən 10 dəqiqə) doğradığımız quzuqulağı, keşniş, şüyüd, ispanaq dovğaya qatılır.
Bundan sonra duz da əlavə edilir və bişənə qədər qaynadılır.
Xörək bişdikdən sonra dadı biraz turşməzə olmalıdır.
Bununla yanaşı, xörəkdə keşniş və şüyüdün də xoş, iştahaçan iyi hiss edilməlidir.

Qeyd:
Dovğaya bişənə yaxın ət də qatmaq mümkündür.
Bunun üçün əvvəlcə ət bişirilir, kiçik ölçüdə doğranılır.
Xörək bişənə yaxın dovğaya qatılır.

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kiçik, bişənə, qədər, keşniş, sonra, əvvəlcə, qaynadılır, islanması, Xörək, təqribən, qarışdırılır, əlavə, təmizlənir, şüyüd, İspanaq, dovğaya, yavaş, doğranır, edilir, qatılır
BİZİ İZLƏYİN