• Əsl kəllə-paça resepti

Reseptin məlumatları Baxış sayı: 8 430

Tarix : 14-11-2020, 12:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
•2 ədəd mal (dana) ayağı
•su
•baş soğan
•duz
•yumru istiot
•dəfnə yarpağı
•sirkə-sarımsaq və ya abqora

Hazırlanması:
Malın ayaqlarını ocaqda ütüb, bıçaqla dırnaqlarını çıxarın, tüklərini təmizləyin.
Təmizlənmiş ayaqları balta ilə 2 - 3 yerə bölün.
Dırnaqların arasını yararaq orta hissəsində olan artıq hissəni kəsib atın.
Daha sonra ayaqları isti su ilə yaxşıca yuyun. Böyük ölçülü bir qazana kəsilmiş ayaqları yığın və üzərinə su tökün
Su ayaqların üzərini 15-20 sm örtməlidir. Qazanı zəif ocağa qoyun,vaxtaşırı kəfini yığın.
Daha sonra su qaynamağa başladıqda, suyu boşlaldıb ayaqları bir daha yuyun. Qazana təmiz su töküb yuyulmuş ayaqları da əlavə edib zəif ocaqda gecədən səhərə kimi (ət sümükdən ayrılana qədər) bişirin.
Bişən xaşın içinə baş soğan əlavə edin. Bişirilməyin sonuna yaxın duz, istiot dənəsi və dəfnə yarpağı tökün.

Nuş olsun!
Etiketlər: ayaqları, ocaqda, sonra, yuyun, yığın, tökün, yarpağı, əlavə, istiot, soğan, qoyun, ocağa, vaxtaşırı, kəfini, qaynamağa, sonuna, başladıqda, Qazanı, dənəsi, dəfnə
BİZİ İZLƏYİN