• Dovğa resepti

Reseptin məlumatları Baxış sayı: 12 015

Tarix : 19-12-2020, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 litr qatıq üçün
3 l qatıq
600-700 qr su
1/2 stəkan yumru düyü
3 ədəd yumurta (hər litr üçün 1 ədəd hesablanır)
1 dəstə nanə (orta ölçüdə)
1 dəstə keşniş (orta ölçüdə)
2 dəstə dağ keşnişi (orta ölçüdə)
1 dəstə ispanaq (orta ölçüdə)
1 dəstə şüyüd (orta ölçüdə)

Hazırlanması:
Əvvəlcə göyərtilərimizi təmizləyib, yuyuruq. Suyu çəkildikdən sonra onları xırda-xırda doğrayırıq.

Qatığı qazana tökürük. Qatıq qatı olduğuna görə ona su əlavə etmək lazımdır. Əgər sizin qatığınız çox duru olarsa, az miqdarda su əlavə edə bilərsiniz. Biz 3 litr qatıq üçün 600-700 qram su əlavə etdik. Su əlavə etdikdən sonra qatığı yaxşıca qarışdırın.

Düyünü təmizləyib, yuyun. Suyunu süzdükdən sonra ora 3 ədəd yumurtanı əlavə edib qarışdırın. Bu qarışımı qatığa əlavə edib qaz sobasının üzərinə qoyun. Düyü bişənə qədər qarışdırın. Qarışdırmağı dayandırmayın. Əks halda qatığınız çürüyə bilər.

Düyünün bişib bişmədiyini yoxlayın. Düyü bişdiysə artıq göylərimizi əlavə edə bilərik. Qarışdıra-qarışdıra göyləri əlavə edin. Göylərimiz bişənə kimi qarışdırmağa davam edirik.
Dovğanı duzlamağa tələsməyin. İsti-isti duzlasanız dovğa çürüyə bilər. Dovğanı soyuduqdan sonra duzlamaq lazımdır.

Nuş olsun!
Etiketlər: əlavə, ölçüdə, dəstə, sonra, qatıq, qarışdırın, təmizləyib, xırda, çürüyə, bişənə, lazımdır, bilər, qatığınız, Dovğanı, bişmədiyini, bişib, Düyünün, Qarışdırmağı, üzərinə, sobasının
BİZİ İZLƏYİN