• Brokoli şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 5 514

Tarix : 14-05-2021, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 qram brokoli
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı un
5 stəkan isti ət və ya toyuq bulyonu (istəyə uyğun)
1 çay qaşığı duz
½ çay qaşığı istiot

Hazırlanması:
Kiçik parçalara ayırdığınız brokoliləri qaynar suda 4-5 dəqiqə qaynadın.
Dərin bir tavada kərə yağını əridin. Unu əlavə edin və qoxusu çıxana və rəng alana qədər qovurun.
Qovrulan una isti ət suyunu yavaş-yavaş əlavə edin və potlaşmaması üçün bir çırpma qaşığı ilə tez-tez qarışdırın.
Qaynadılan brokolilərə duz və istiot əlavə edin. 15 dəqiqə zəif temperaturda bişirin.
Supu əl blenderindən keçirin. Süfrəyə isti-isti təqdim edin.

Qeyd: Qaynadılmış brokolilərin rəngini və tərkibindəki vitaminləri itirməməsi üçün buzlu, soyuq su dolu qabda 5 dəqiqə saxlayın.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, dəqiqə, istiot, yavaş, xörək, bişirin, blenderindən, keçirin, brokolilərə, çırpma, potlaşmaması, qarışdırın, Qaynadılan, Süfrəyə, temperaturda, Qaynadılmış, buzlu, soyuq, qabda
BİZİ İZLƏYİN