• Fiş-çouder resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 617

Tarix : 20-11-2014, 11:00

Bölmə : Sulu yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400-500 q treska balığının filesi (təzə, yaxud dondurulmuş)
2 kartof
1 baş soğan
1 kök
1 st. süd
1 st. ağ şərab (quru olsa, daha yaxşıdır, heç olmasa, adi su)
duz
istiot
1 dəfnə yarpağı
1/4 çay qaşığı kəklikotu
2 x.q un
2 x.q. yağ
kərəviz
cəfəri
Fiş-çouder resepti - FOTO RESEPT


Hazırlanması:
Kökü sürtgəcdən keçirin. Soğan və kərəvizi xırda doğrayın. Kərə yağında orta istilikdə 10 dəqiqə qızardın. Şərabı, südü, kubik doğranmış kartofu və balığı buraya əlavə edin. Balığı bütöv qoyun, yoxsa bişəndə didiləcək. Düz-istiot, kəklikotu, dəfnə yarpağı əlavə edərək bişirin. Qaynara düşəndə qapağını örtün, vam odda 30 dəqiqə bişirin.
Sonra dəfnə yarpağını çıxarın. Balığı xırdalayın. 1/3 stəkan suya 2 x.q. un qarışdırın, şorbaya əlavə edin. Qaynara düşəndən sonra daha 5 dəqiqə bişirin. Hazır olandan sonra qara istiot, kreker, suxarı, yaxud da doğranmış cəfəri səpin.
Fiş-çouder resepti - FOTO RESEPT

Fiş-çouder resepti - FOTO RESEPT

Fiş-çouder resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, dəfnə, istiot, əlavə, bişirin, yarpağı, sonra, kəklikotu, cəfəri, Qaynara, Balığı, doğranmış, yaxud, qapağını, düşəndə, örtün, Sonra, yarpağını, balığının, filesi
BİZİ İZLƏYİN