• Toyuq əti və göbələklə qarabaşaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 115

Tarix : 2-05-2015, 13:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
toyuq döşü
2.5-3 l su
250 q şampinyon
0.5 st qarabaşaq
1 orta boy yerkökü
kəvər
1 dəfnə yarpağı
cəfəri (zövqə görə)
duz

kartoflu xəmir:
2-3 orta boy kartof
1 yumurta
3-4 x.q. un
1 çimdik duz

Hazırlanması:
Toyuq ətini doğrayın, üzərinə su töküb hazır olanadək bişirin.
Qarabaşağı artlayın, quru tavada azca qovurun.
Göbələyi təmizləyib doğrayın.
Bitki yağında, suyu çəkilənədək qovurun.
Sürtgəcdən keçirilmiş yerkökü və xırda doğranmış kəvər əlavə edib birlikdə qovurun.
Kartofu suda bişirin.
Əzin.
Yumurta əlavə edin.
Qarışdırın.
Duz və un əlavə edin.
Qarışdırın. Qatı xəmir alınmalıdır, amma elə olsun ki, qaşıqla götürmək mümkün olsun.
Bişən toyuq ətinə qarabaşağı və dəfnə yarpağını əlavə edin.
Çay qaşığı ilə kartoflu xəmirdən götürərək şorbaya salın, qarışdırın.
Xəmirlər suyun üzünə çıxan kimi (çox gözləmək lazım gəlməyəcək) qovrulmuş göbələk-tərəvəz qarışığını əlavə edin. Qarışdırın, qaynara düşəndən sonra 3-4 dəqiqə də bişsin.
Üzərinə doğranmış cəfəri səpin.

Nuş olsun!
Etiketlər: əlavə, qovurun, olsun, Qarışdırın, xəmir, bişirin, toyuq, doğranmış, kartoflu, cəfəri, yerkökü, doğrayın, kəvər, dəfnə, salın, şorbaya, qarışdırın, Xəmirlər, götürərək, qarabaşağı
BİZİ İZLƏYİN