• Sulu xingal resepti

Reseptin məlumatları Baxış sayı: 22 369

Tarix : 28-06-2015, 20:00

Bölmə : Sulu yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Hər payına:
108 q qoyun əti,
40 q buğda unu,
10 q yumurta,
25 q noxud,
25 q ərinmiş yağ,
25 q baş soğan,
10 q sirkə,
20 q keşniş və şüyüd,
10 q nanə qurusu, duz, istiot.

Hazırlanması:
Hər paya qoyun ətinin kürək yaxud bel hissəsindən 2 tikə kəsilib bişirilir, sümüklərdən ayrılır. Bulyon metəl ələkdən keçirilir. Soyuq suda noxut 3-4 saat ərzində isladılır. Ayrı bir qabda yarım yarımhazır hala gələnə qədər bişirilir, sonra bulyona qatılaraq hamısı birlikdə bişirilir.
Un, su, yumurtadan duz qatılaraq bərk əriştə xəmiri yoğrulur, 1 mm qalınlıqda yayılır. Yayma 2-3 sm ölçüdə dörtkünc formada doğranır. Sonra qaynar bulyona salınır. Bişdikdən sonra içinə doğranıb yağda qızardılmış soğan, çərtilmiş keşniş, şüyüd qatılır və hamısı birlikdə hazır vəziyyətə çatdırılır.
Sulu xingal süfrəyə verilmə qaydası
Xörəyin üstünə nanə qurusu sərpilir və ayrıca olaraq yanına sirkə qoyulur.

Nuş olsun!
Etiketlər: bişirilir, qurusu, şüyüd, sonra, bulyona, birlikdə, hamısı, keşniş, qatılaraq, sirkə, qoyun, soğan, Bişdikdən, salınır, içinə, yağda, qızardılmış, qaynar, doğranıb, formada
BİZİ İZLƏYİN