• Soğan bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 21 903

Tarix : 12-07-2015, 18:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Hər payına:

163 q qoyun əti,
20 q quyruq,
150 q kartof,
20 q şabalıd,
14 q albuxara yaxud alça,
15 q keşniş,
100 q baş soğan,
0,1 q zəfəran
duz.

Hazırlanması:
Soğan bozbaş hazırlanma qaydası
Hər pay üçün 2-3 tikə qoyun əti bişirilir. Sonra kub şəklində doğranmış kartof və qabaqcadan bişirilmiş şabalıd qatılır. Hazır olmasına 10 dəqiqə qalmış yağda qızardılmış soğan, albuxara və ədviyyət qatılıb bişirilir. Quyruq yağı tətbiq edildikdə soğan çiy əlavə edilir. Süfrəyə verilən zaman üstünə çərtilmiş keşniş səpilir. Yay zamanı qırmızı pomidor da əlavə eləmək olar.

Qeyd: Soğan-bozbaş çox zaman ətsiz hazırlanır. Belə halda bulyona, yağda qızardılmış soğan, sonra isə soyulub doğranmış kartof, adi xörəklər kimi digər məhsullar qatılır.

Nuş olsun!
Etiketlər: soğan, kartof, bişirilir, bozbaş, zaman, doğranmış, qatılır, qızardılmış, Soğan, əlavə, yağda, qoyun, albuxara, şabalıd, keşniş, səpilir, zamanı, qırmızı, pomidor, çərtilmiş
BİZİ İZLƏYİN