• Dovğa resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 036

Tarix : 20-07-2015, 10:00

Bölmə : Sulu yeməklər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qatıq: 200 qram
Yağ (ərinmiş) 10 qram
Xama: 40 qram
Ağ buğda unu 10 qram
Baş soğan: 15 qram
Düyü: 20 qram
Quzuqulağı
İspanaq
Keşniş,
Şüyüd
Digər göyərtilər də (zövqə görə) istifadə etmək olar
Noxud: 25 qram
Duz: zövqə görə

Hazırlanması:
Dovğa bişirmək üçün əvvəlcə noxud arıtlanır və suda islanması üçün gözlədilir. Noxudun islanması üçün təqribən 3-5 saat suda gözlədilməlidir. Bundan sonra noxudlar bişənə qədər qaynadılır.
Dovğaya vurulacaq olan baş soğanlar təmizlənir və doğranır.
Ayrı bir qabda qatıq, xama və un qarışdırılır. Qarışığın üzərinə duyu və yumurta əlavə edilir. Qatıqlı qarışıq vam odda ara vermədən qarışdırılaraq qaynayana qədər yavaş – yavaş bişirirlər. Qarışdırılmasa dovğa çürüyər.
İspanaq, quzuqulağı, keşniş şüyüd kiçik – kiçik doğranır.
Xörəyin bişməsinə az qalmış (təqribən 10 dəqiqə) doğradığımız quzuqulağı, keşniş, şüyüd, ispanaq dovğaya qatılır. Bundan sonra duz da əlavə edilir və bişənə qədər qaynadılır.
Xörək bişdikdən sonra dadı biraz turşməzə olmalıdır.
Bununla yanaşı, xörəkdə keşniş və şüyüdün də xoş, iştahaçan iyi hiss edilməlidir.
Qeyd: Dovğaya bişənə yaxın ət də qatmaq mümkündür. Bunun üçün əvvəlcə ət bişirilir, kiçik ölçüdə doğranılır. Xörək bişənə yaxın dovğaya qatılır.

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bişənə, kiçik, sonra, qədər, keşniş, Xörək, dovğaya, yavaş, qatılır, Bundan, Dovğaya, edilir, quzuqulağı, əlavə, şüyüd, islanması, doğranır, qaynadılır, təqribən, yaxın
BİZİ İZLƏYİN