• Baş aşbazın şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 050

Tarix : 29-07-2015, 22:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 su stəkanı bişmiş qırmızı mərcimək,
1 rəndələnmiş soğan,
Yarım stəkan tel şəhriyyə,
1 ədəd bişmiş toyuq döşü,
1 qaşıq tomat,
1 qaşıq un,
Duz, istiot,
Nanə,
Duru yağ,

Hazırlanması:
Əvvəlcə toyuğu yuyub suyunu süzün.
Toyuğu da kibrit çöpü kimi dilimləyin.
Qazandakı qızdırılmış yağın içərisinə rəndələnmiş soğanı əlavə edin.
2-3 dəqiqə qovurun.
Sonra unu əlavə edib bir neçə dəqiqə qovurun.
Daha sonra bişmiş mərciməyi qazana boşaldın.
Tomatı əlavə edib qarışdırın.
Toyuq suyunu qazana boşaldın və qaynamağa qoyun.
Qaynayınca süzgəcdən keçirdin və təkrar qazana alıb bişmiş toyuq ətini, şəhriyəni şorbamızın içinə boşaldıb, duzunu, ədviyyatını da əlavə edin.
Bir neçə dəqiqə qaynadıqdan sonra ocaqdan alın və servis edin.

Nuş olsun!
Etiketlər: bişmiş, əlavə, dəqiqə, qazana, toyuq, qaşıq, sonra, qovurun, boşaldın, rəndələnmiş, suyunu, qoyun, qaynamağa, Qaynayınca, Tomatı, mərciməyi, süzgəcdən, qarışdırın, Toyuq, ətini
BİZİ İZLƏYİN