• Toyuq suyu şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 23 011

Tarix : 2-08-2015, 18:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1ədəd toyuq döşü,,
1ədəd toyq budu,
2 baş quru soğan,
2 yemək qaşığı un,
3 diş sarımsaq,
2 yemək qaşığı kərə yağı,
duz,
İstiot,

Hazırlanması:
Toyuğun bütün dərisini çıxardın.
Ətləri təmiz yuyub suyunu süzün.
Soğanları soyub təmiz yuyun.
Toyuq ətini bir az qaynadıb suyunun üzərinə yığılanı təmizləyin.
Ətə bir az duz atmaq lazımdır.
Sonra bişirmiş olduğunuz ətə 2 baş soğanı da əlavə edib bir az bişirin.
Bişirmiş ətləri qazandan çıxardıb kiçik-kiçik doğrayın.
Ətin suyunu tökməyin.
Onu hələlik bir kənara qoyun.
Kərə yağını bir az qızdırıb içərisinə un əlavə edib qovurun. Unun iyi gəlməyənə qədər qovurmaq (4-5 dəqiqəyə yaxın) lazımdır.
Ət suyuna 2 litrə yaxın isti su da əlavə edin.
Sonra suyu qovurduğumuz unun üzərinə yavaş-yavaş qarışdıraraq əlavə edin.
Sarımsaqları soyun.
İncə-incə doğrayıb əzin.
Doğranmış toyuq ətləri ilə birgə suya əlavə edin.
Toyuq suyu duzlu olduğu üçün mütləq şorbanın duzuna diqqət edin ki duzlu olmasın.
Toyuq suyu şorbasını 10 dəqiqə bişirin.
Şorba bişərkən qazanın ağzı açıq qalsın. Şorbanın daşmaması üçün.
Servis edərkən , arzu edərsiniz üzərinə çəkilmiş istiot səpə bilərsiniz.sti-istib servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, Toyuq, üzərinə, toyuq, kiçik, Sonra, ətləri, duzlu, lazımdır, bişirin, təmiz, suyunu, yavaş, qaşığı, yaxın, yemək, dəqiqəyə, mütləq, şorbanın
BİZİ İZLƏYİN