• Noxudlu soyuq ramazan şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 354

Tarix : 11-03-2016, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
1 stəkan buğda
1 stəkan suda bişmiş noxud
1 çimdik dirrik pərpərəni (semizotu) (pərpətöyün)
1,5 kiloqram qatıq
Zeytun yağı
Su
Duz
Qırmızı bibər

Hazırlanması:
Buğdanı təqribən yarım saat-45 dəqiqə vam odda bişirin. Sonra bişmiş buğdaya bir əvvəlki gündən suda gözlədilib ondan sonra suda qaynadılmış noxudu əlavə edin. Buğda və noxud bişdikdən sonra ocağı söndürün və ilıqlanmasını gözləyin.

Qatığı geniş bir qaba qoyun. Çırpma teli vasitəsi ilə yaxşıca çırpıb qarışdırın. Pərpətöyünü incə incə doğrayın. İncə doğranmış pərpətöyünləri çırpılan qatığa əlavə edin və qarışdırın. İlıqlaşan buğda və noxudu da pərpətöyünlü qatığa əlavə edn. Bundan sonra soyuq su əlavə edin və qatılığını bu şəkildə ayarlayın. Şorbaya duz və zeytun yağı da əlavə edin. Üzərinə toz qırmızı bibər əlavə edin və bu şəkildə servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, qarışdırın, şəkildə, stəkan, bibər, qatığa, bişmiş, noxud, noxudu, buğda, Pərpətöyünü, doğrayın, çırpıb, doğranmış, geniş, Qatığı, qoyun, Çırpma, vasitəsi
BİZİ İZLƏYİN