• Kəllə-paça (xaş) resepti

Reseptin məlumatları Baxış sayı: 36 143

Tarix : 16-08-2015, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Hər payına:

214 q qoyun kəlləsi, (dildən başqa)
179 q qoyun ayağı,
47 q qarın,
5 q sarımsaq,
10 q sirkə,
duz.

Hazırlanması:
Kəllə paça (xaş) hazırlamaq üçün kiçikbaş heyvanın kəlləsi, ayaqları və qarnı emaldan keçirilir, yuyulur və ən əzı bir saat suya qoyulur. Sonra bunlar hissələrə parçalanıb tiyana qoyulur, hər kiloqrama 2 l su tökülüb bişirilir. Bişdikdən sonra əti çıxardılıb iri sümüklərdən ayrılır, 40-50 q çəkidə tikəciklərə doğranır, yenidən bulyona salınıb bişirilir. Süfrəyə verilən zaman boşqaba bişmiş ət qoyulub üstünə bulyon tökülür, xörəyin yanına sarımsaqlı sirkə qoyulur.
Bulyon bişirilən zaman duz vurulmamalı və o, ayrıca süfrəyə verilməlidir. Qarın ayrıca olaraq suda bişirilir.

Nuş olsun!
Etiketlər: bişirilir, qoyulur, sirkə, zaman, ayrıca, kəlləsi, qoyun, verilən, boşqaba, çəkidə, bişmiş, Süfrəyə, salınıb, yenidən, tikəciklərə, qoyulub, bulyona, doğranır, tökülür, süfrəyə
BİZİ İZLƏYİN