• Qırmızı mərci şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 107 513

Tarix : 14-03-2016, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6

Tərkibi:
1 stəkan qırmızı mərci
1 ədəd baş soğan
1 ədəd kök
1 ədəd kartof
1/2 ç/q tomat pastası
1/2 ç/q bibər pastası
1.5 litr su
zeytun yağı
nanə
limon
duz

Hazırlanması:
1. Mərci yaxşı yuyulur. Kartof və kök yuyulub təmizlənir, xırda kubiklər formasında doğranılır. Hamısı bir qazana əlavə edilir.
2. Ərzaqların üzərinə su doldurularaq bişənə qədər (təqribi 1 saat yarım, mərci bişənə qədər) qaynadılır.
3. Soğan təmizlənir və xırda doğranılır. Tavaya yağ və doğranmış soğan əlavə edilərək qızardılır.
4. Soğan bir qədər qızardıqda, tavaya tomat və bibər pastası əlavə edilir.
5. Qızarandan sonra soğan qazandakı mərcinin üzərinə əlavə edilir və ərzaqlar tam həll edilənə qədər blenderdən keçirilir.
6. Blenderdən keçiriləndən sonra şorbaya duz əlavə edilir və yenidən 10 dəqiqə qaynadılır.
7. Artıq süfrəyə verilə bilər. Zövqə görə mərcini quru nanə və limonla yemək olar. Bu üsulla bişirilən mərcinin dadı fərqli və daha dadlı alınır.

Qırmızı mərci şorbası resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, qədər, edilir, pastası, soğan, xırda, bibər, təmizlənir, doğranılır, üzərinə, mərcinin, sonra, Soğan, qaynadılır, bişənə, mərci, tomat, ərzaqlar, Blenderdən, yenidən
BİZİ İZLƏYİN