• Toyuq bulyonu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 37 257

Tarix : 20-12-2015, 23:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd içi təmizlənmiş toyuq
2 ədəd baş soğan
2 ədəd kərəviz özəyi
1 ədəd kök
bir neçə kəklikotu budağı
3 noxud qara istiot
1 ədəd dəfnə yarpağı
2 dəstə cəfəri

Hazırlanması:
1. İnqredientlər.
2. Təqribi 8-10 sm ölçüdə sümüklər doğranılır.
3. Sümüklər bir qazana yerləşdirilir və üzərinə soyuq su əlavə edilir.
4.Daimi köpüklər yığışdırılaraq ət qaynadılır.
5. Qaynadıqda qazın odu azaldılır və bulyona doğranmış kök, soğan, kərəviz özəyi və istiot əlavə edilir.
6. Ardınca buket kimi bağlanmış kəklik otu, cəfəri və dəfnə yarpağı əlavə edilir.
7. Qapağı bir qədər bağlanmış formada, az odda təqribi 3,5-4 saat bişirilir. Təqribən 4 saatdan sonra dolğun və ətirli bulyon hazır olur.
8. Sonra bulyon süzgəcdən keçirilir.
9. Bulyon şəffaf, dolğun və ətirli alınmalıdır. Hazırlama zamanı bulyona ona görə duz vurulmur ki, sonra bulyonu istifadə etdikdə, şorbaya nə qədər duz əlavə edilməsini biləsiniz.
10. Bulyon xüsusi qaba yerləşdirilir.
11. Və əgər bulyon hazır olandan sonra dərhal istifadə edilmirsə, onu soyuq suda soyudub, sonra soyuducunun dondurucu kamerasında saxlamaq lazımdır.

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT

Toyuq bulyonu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sonra, bulyon, istifadə, edilir, yarpağı, dəfnə, soyuq, bulyona, hazır, Bulyon, yerləşdirilir, cəfəri, istiot, ətirli, toyuq, qədər, bağlanmış, soğan, dolğun
BİZİ İZLƏYİN