• Makaronlu küftəli şorba resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 651

Tarix : 16-09-2015, 13:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
200 qr qiymə
1 ədəd kartof
1 ədəd soğan
yarım stəkan makaron
qaynar su
yarım ç/q tomat pastası
yarım ç/q bibər pastası
kərə yağı
keşniş
şüyüd
duz

Hazırlanması:
1. Soğan xırda doğranılır və yağda qızardılır.

2. Soğan bir az qızardıqda tomat pastası və blbər pastası əlavə olub qarışdırılır.

3. Qiymədən balaca küftələr hazırlanır soğanlı qarışığa əlavə edilib biraz qızardılır.

4. Soğanlı küftəli qazana 2 litr qaynar su tökülür və qaynaması gözlənilir. Qaynadıqda xırda kub şəklində doğranmış kartof, duz və makaron əlavə olunub 2-3 dəqiqə qarışdırılır.

5. Şorbanın kartofu və makaronu bişdikdə yemık qazdan götürülür. Üzərinə doğranmış keşniş, şüyüd səpilir.

Makaronlu küftəli şorba resepti - FOTO RESEPT

Makaronlu küftəli şorba resepti - FOTO RESEPT

Makaronlu küftəli şorba resepti - FOTO RESEPT

Makaronlu küftəli şorba resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çəklində, pastası, yarım, əlavə, keşniş, tomat, qaynar, Soğan, xırda, qarışdırılır, qızardılır, doğranmış, makaron, şüyüd, kartof, qaynaması, gözlənilir, Qaynadıqda, səpilir, olsun, tökülür
BİZİ İZLƏYİN