• Dovğa resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 31 191

Tarix : 18-09-2015, 15:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr qatığ
yarım dəstə keşniş
yarım dəstə şüyüd
yarım dəstə soğan
yarım dəstə ispanağ
yarım dəstə dağ keşnişi
2 diş sarımsaq
50 qr yumru düyü
1 ədəd yumurta
1 x/q un
duz

Hazırlanması:
1. Doğanı hazırlamaq üçün göyərtilər təmizlənir, yaxşı yuyulub xırda doğranılır. Sarımsağı (göyərti sarımsağdan da istifadə etmək olar) xırda doğrayıb göyərtiyə qatırıq.

2. Düyü yaxşı yuyulur, tam bişənə kimi ayrı qazanda qaynadılır.

3. Qatığı dovğa bişirəcəyimiz qazana töküb, yumurta,un əlavə edirik. Qarışdırma teli ilə yaxşı qarışdırırıq.

4. Qazanı qaza qoyub, taxta qaşıqla yavaş qarışdıra-qarışdıra qaynadırıq. Qaynadıqda göyərtiləri əlavə edib yenidən dayanmadan qarışdırırıq.

5. Göyərtilərin rəngi dəyişdikdə və qaynamağa başladıqda qazdan götürürük.

6. Bişmiş düyünü, duzu qazana əlavə edib biraz qarışdırırıq.

Qeyd: Dovğa həm isti həm soyuq halda yeyilə biər.

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT

Dovğa resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yarım, dəstə, yaxşı, əlavə, qarışdırırıq, qarışdıra, xırda, qazana, istifadə, yumurta, qaynadırıq, Qaynadıqda, bişirəcəyimiz, yavaş, taxta, Qarışdırma, edirik, göyərtiləri, Qazanı, töküb
BİZİ İZLƏYİN