Tərkibi:500 qr çəkilmiş mal əti
2 ədəd baş soğan
1 stəkan noxud
0,5 stəkan düyü
2 x/q kərə yağı
8 ədəd kartof
8 ədəd alça turşusu
nanə
sarıkök
duz
Hazırlanması:Noxud yaxşı yuyulur, üstünə su alınır bişənə kimi qaynadılır.
Çəkilmiş ətə çəkilmiş 2 ədəd soğan, yuyulmuş düyü vurulur və yaxşı qarışdırılır.
Alınmış ətdən küftələr hazırlayırıq. Küftənin ortasına alça turşusu qoyuruq (8 ədəd küftə alınır).
Qazana 1,5 litr su töküb qaynadırıq.
Su qaynayan zaman küftələri, noxudu suya tökürük.
Küftənin düyüsü biraz bişəndə soyulmuş, yuyulmuş kartofları tökürük.
Qazana kərə yağı, duz, sarıkök əlavə olunur.
Kartof bişdikdən sonra yemək qazdan götürülür.
Süfrəyə verilən zaman üzərinə nanə tökülür.
Nuş olsun!
Etiketlər: Qazana, sarıkök, turşusu, alınır, yuyulmuş, Küftənin, zaman, tökürük, stəkan, yaxşı, soğan, çəkilmiş, noxudu, üzərinə, düyüsü, küftələri, biraz, olsun, töküb, qaynadırıq