• Sosisdən tomatlı şorba resepti

Reseptin məlumatları Baxış sayı: 13 867

Tarix : 18-01-2016, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
5-7 ədəd sosis (hisə verilmiş olmasın)
2 baş soğan
2 diş sarımsaq
1 banka marinə edilmiş pomidor
1 banka ağ lobya
reyhan (və yaxud cəfəri)
parmezan pendiri
makaron
zeytun yağı
1 l toyuq bulyonu
toyuq əti (istəyə görə)

Hazırlanması:
Toyuq ətini bişirin, bulyonu tənzifdən süzün. Soğanı xırda doğrayıb sosislərlə birlikdə qızardın. Soğanın rəngi şəffaflaşanda doğranmış sarımsağı, sonra isə qabığı soyulmuş pomidorları əlavə edin. Üzərinə 1 litr toyuq bulyonu tökün. Zəif ocaqda 25-30 dəqiqə bişirin. Sonra lobyanı və makaronu, bişmiş toyuq ətini əlavə edin. Hazır olanadək bişirin. Duzlayıb, istiotlayın. Süfrəyə verərkən üzərinə göyərti və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.

Nuş olsun!
Etiketlər: toyuq, bulyonu, bişirin, əlavə, parmezan, pendiri, ətini, banka, Sonra, dəqiqə, tökün, qabığı, sonra, sarımsağı, soyulmuş, pomidorları, lobyanı, Üzərinə, ocaqda, makaronu
BİZİ İZLƏYİN