• Badamlı toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 392

Tarix : 21-05-2016, 21:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
800 q-lıq bütöv toyuq
1 st. yumru düyü
zəfəran
2 ç.q. sirkə
su
0.5 st. badam
2 x.q. kərə yağı
2 yumurtanın sarısı
1 ç.q. nişasta
1 limonun şirəsi
nar
duz

Hazırlanması:
Zəfəranı bir kasaya qoyub üzərinə sirkə və yarım stəkan ilıq su tökün. 2 saat saxlayıb süzün. Badamı qaynar suda 20 dəqiqə saxlayıb qabığını təmizləyin, həvəngdəstədə döyün. Toyuğu qazana qoyub üzərinə 10 st. su tökün, bişirin. Sudan çıxarıb dərisi ilə sümüyünü ayırın, ətini didin.

Başqa bir qazana 7 st. toyuq bulyonu tökün, düyünü əlavə edib bişirin.

Ayrı tavada kərə yağını əridin, döydüyünüz badamı əlavə edin. Rəngi dəyişənədək qovurun, şorbaya əlavə edin. Didilmiş toyuq əti ilə zəfəranlı suyu da qatın.

Yumurta sarıları ilə nişastanı çalın. Limon suyu əlavə edin, qaynayan şorbanın suyundan 1-2 qaşıq əlavə edib qarışdırın. Şorbanın düyüsü yumşalanda hazırladığınız sousu şorbanı qarışdıra-qarışdıra nazik axınla əlavə edin. Duz vurun, 1-2 buğum qaynayandan sonra ocaqdan götürün.

Boşqablara çəkəndən sonra üzərinə nar dənələri səpin.

Nuş olsun!
Etiketlər: əlavə, tökün, üzərinə, toyuq, qarışdıra, sonra, qoyub, bişirin, qazana, sirkə, saxlayıb, Limon, şorbanın, qaşıq, suyundan, çalın, qaynayan, nişastanı, şorbaya, qovurun
BİZİ İZLƏYİN