• Turşəngli doğramac resepti

Reseptin məlumatları Baxış sayı: 17 350

Tarix : 17-06-2014, 01:08

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Su – 3 l
Təzə turşəng – 500 q.
Kartof – 5 ədəd
Yumurta – 5 ədəd
Kolbasa (və ya vetçina) — 500 q.
Təzə xiyar – 400 q.
Qatıq (yağlılığı 2,5%) – 1 l.
Yaşıl soğan – 1 dəstə
Şüyüd -1 dəstə
Qırmızı turp – 200 q
Kərəviz, cəfəri (zövqə görə)

Hazırlanması:
3 litr suyu qazana əlavə edib, qaynamağa qoyururq.
Sonra turşəngləri doğrayıb qaynayan suya tökürük. 10 dəqiqə qaynayandan sonra onu soyumağa qoyuruq.
Ayrıca qazanda isə yumurta və kartof qaynadılır.
Sonra kolbasa, yumurta, karfot, xiyar, turp və göyərtilər doğranılır.
İnqredietnlər duzlanır və qarışdırılır, üzərinə 1 litr kefir tökül2r.
Sonra soyumuş turşəng bulyonu buraya əlavə edilir və artıq hazır olan turşəng doğramacını soyumaq üçün soyuducuya qoyuruq.
Bəzəndaha da turşməzə olsun deyə, doğramaca sirkə damcıları əlavə etmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, turşəng, Sonra, olsun, dəstə, yumurta, qoyuruq, xiyar, kefir, üzərinə, tökül2r, bulyonu, soyumuş, qarışdırılır, İnqredietnlər, karfot, kolbasa, göyərtilər, doğranılır, buraya
BİZİ İZLƏYİN