• Düşbərə resepti

Reseptin məlumatları Baxış sayı: 17 131

Tarix : 25-06-2016, 10:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 st un
100q ət
1 baş soğan
Keşniş, şüyüt
Yodlu narın xörək duzu, istiot
1 ədəd doğranmış soyulmuş pomidoru

Hazırlanması:
Ətin hazırlanması:

Soğani və əti maşında çəkirik.Üzərinə duz istiot əlavə edib qarışdırırıq.

Xəmirin hazırlanması:
Unun üzerinə su və duz əlavə edirik.Yumurlayıb yayırıq. Yayma şəklində olan xəmiri xırda-uzunsov kəsirik. Və kəsdiymiz xəmirlərə ət qoyuruq.Çalışın xəmir bərk olsun.bükəndə asant olsun. Sonra düşbərələri bükürük.papaq şəklində.ya da üzü yuxarı bükürük. Suyu qaynadıb üzerine duz əlavə edirik.Duzdan sonra yayda,təzə pomidor vaxtı 1 pomidorda əlavə etseniz çox dadlı olar.
Birdə onu qeyd edim ki əgər çox hazır etmisinizsə heç bir qorxusu yoxdu.Soyuducuda istədiyniz qədər bükülmüş,suya atılmamış saxlaya bilərsiz.

Nuş olsun!
Etiketlər: əlavə, olsun, istiot, şəklində, yumurlayıb, hazırlanması, bükürük, edirik, yayda, Duzdan, sonra, üzerine, qaynadıb, asant, bükəndə, Sonra, düşbərələri, yuxarı, papaq, pomidor, pomidorda
BİZİ İZLƏYİN