• İspanaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 459

Tarix : 26-07-2016, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q ispanaq
0,5 st. fındıq yağı
1 orta boy soğan
1 x.q. un
3 st. su
1 st. süd

Hazırlanması:
İspanağı suda 5 dəqiqə qaynadıb süzün. Xırda doğrayın.
Tavada fındıq yağını qızdırıb xırda doğranmış soğanı qovurun. Qızılı rəng alanda ispanağı əlavə edib 2-3 dəqiqə qovurun.
Qazanda 2 x.q. fındıq yağını qızdırıb un əlavə edin, unun rəngi dəyişənə qədər qovurun. Üzərinə su və süd əlavə edin, qovurduğunuz ispanağı əlavə edin. Duz vurub 10 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qovurun, dəqiqə, fındıq, yağını, ispanağı, qızdırıb, Qazanda, rəngi, qədər, vurub, bişirin, qovurduğunuz, Üzərinə, alanda, dəyişənə, doğranmış, süzün, qaynadıb, İspanağı
BİZİ İZLƏYİN