• Yerkökü şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 160

Tarix : 5-08-2016, 19:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 iri yerkökü
1 pomidor
1 soğan
4 diş sarımsaq
1,5 ç.q. karri
reyhan qurusu (başqa göyərti də olar)
1 ç.q. sürtgəcdən keçirilmiş zəncəfil
1/2 limonun şirəsi
1,5-2 st. qaynar su
duz
istiot

əlavə:
keçi pendiri (zövqə görə)
göyərti

Hazırlanması:
Yerkökünü fal-fal doğrayın, pomidor və soğanı dörd yerə bölün.
Bunları siniyə yığın, təmizlənmiş sarımsağı da qoyun, üzərinə azca zeytun yağı çəkin. Karri və reyhan qurusu səpin.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin (yerkökü yumşalanacan).
Bunları blenderə qoyun, 2 st. qaynar su, yarım limonun şirəsini, sürtgəcdən keçirilmiş zəncəfil, 1 ç.q. karri, duz, istiot əlavə edib xırdalayın.
Zövqə görə keçi pendiri və təzə göyərti əlavə edə bilərsiniz. Soyuqdəyməsi olanlar üçün əla şorbadır!

Nuş olsun!
Etiketlər: əlavə, göyərti, qaynar, limonun, zəncəfil, pendiri, qoyun, yerkökü, Bunları, keçirilmiş, istiot, pomidor, sürtgəcdən, karri, reyhan, qurusu, dərəcə, yumşalanacan, bişirin, qızdırılmış
BİZİ İZLƏYİN