Tərkibi:12 diş təmizlənməmiş sarımsaq
12 diş təmizlənmiş sarımsaq
1 x.q. zeytun yağı
1 x.q. kərə yağı
2 sm zəncəfil kökü
2 baş soğan
1 ç.q. kəklikotu
1 çimdik qırmızı istiot
100 ml 20%-li qaymaq
2 fincan toyuq, yaxud tərəvəz bulyonu
1 limon
duz-istiot
Hazırlanması:Odadavamlı balaca formada təmizlənməmiş sarımsaqlarla zeytun yağı və 1 çimdik duzu qarışdırın.
180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bişmiş sarımsağın içini çıxarın.
Qalın qazana kərə yağı qoyub xırda doğranmış soğan, zəncəfil kökü, qırmızı istiot, kəklikotunu daim qarışdıraraq 5-6 dəqiqə qovurun.
Bişmiş sarımsaq içini, 12 təmizlənmiş sarımsağı da əlavə edib daha 3 dəqiqə bişirin.
Bulyonu töküb qazanın qapağını örtün. Vam odda 15-20 dəqiqə, sarımsaq yumşalanadək bişirin. Sonra şorbanı blenderdən keçirin.
Duz-istiot əlavə edin, qaymağı nazik axınla əlavə edərək qarışdırın.
Təkrar ocağın üstünə qoyun, qaynara düşəndə götürün.
Limon sıxın. (Limonu şorbanı süfrəyə verərkən də sıxa bilərsiniz).
Nuş olsun!
Etiketlər: dəqiqə, istiot, sarımsaq, bişirin, əlavə, Bişmiş, şorbanı, içini, təmizlənməmiş, qarışdırın, qırmızı, zeytun, təmizlənmiş, zəncəfil, soğan, çimdik, nazik, qaymağı, örtün, qapağını