Tərkibi:1 litr dovğa,
yarım litr su,
1 ədəd yumurta,
yarım stəkan yumru düyü,
bir stəkan noxud,
dovğaya lazım olan göyərtilər (keşniş, şüyüd, şomu, nanə, cəfəri),
duz.
Hazırlanması:İlk əvvəl qatıq, duz, su və yumurta vahid mayə şəklinə qədər çalınır. Hazırlanmış qarışımı odun üstün qoyaraq daim qarışdırın. 2-3 dəqiqədən sonra düyü və hazır doğranmış göyərtiləri əlavə edin. Unutmayın ki, dovğa qarışdırıla-qarışdırıla hazırlanır və göyərtilər belə əlavə olunduqda qarışdırmanı durdurmayın.
Beləliklə səbirlə qarışdıra-qarışdıra dovğanın qaynamasını gözləyin və qaynamağa başladıqda artıq qarışdırmanı durdurun və 4-5 dəqiqə dovğanın qaynamasını gözlədikdən sonra nuş edə bilərsiz.
Onu da qeyd edək ki, bəzən dovğaya sarmısaq da qatılır. Bunu bişirmə prosesinin əvvəlində etmək lazımdır (1 diş əzilmiş sarımsaq).
Nuş olsun!
Etiketlər: qarışdırıla, dovğa, sonra, qarışdırmanı, qarışdıra, qaynamasını, dovğanın, göyərtilər, əlavə, yumurta, dovğaya, stəkan, yarım, başladıqda, artıq, durdurun, qaynamağa, gözləyin, dəqiqə, Beləliklə