• Yay şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 786

Tarix : 16-08-2016, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,2 litr tərəvəz bulyonu (əvəzində toyuq və ət bulyonu da edə bilərsiniz, lakin bədəni təmizləmək baxımından tərəvəz bulyonu məsləhətdir)
600 qr təzə kartof
2 ədəd kəvər (ancaq ağ hissəsi)
Kiçik dəstə şüyüd
3 ədəd yaşıl soğan
Duru yağ, duz, istiot (zövqə görə)
Xama

Hazırlanması:
Kartofu təmizləyib iri hissələrə bölün. Kəvəri yuyub incə doğrayın. Daha sonra bulyonu isinməyə qoyun. Hündür tavaya (belə tavanız yoxdursa, qazan istifadə edə bilərsiniz) yağ və kəvəri əlavə edib vam xodda 5 dəqiqə bişirin. Kartofu da əlavə edib tavanı qapaqla örtərək 5 dəqiqə bişirin. Daha sonra bu qarışığın üzərinə isinmiş bulyonu, duz və istiotu əlavə edib kartof bişənə qədər gözləyin. Supun qatı olmasını istəyirsinizsə kartofu tamamilə əzin.

Şüyüd və yaşıl soğanı incə şəkildə doğrayıb, istiotla birgə hazır olan şorbaya əlavə edin. Süfrəyə xama ilə birlikdə verib üzərinə bir neçə ədəd suxari əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bulyonu, əlavə, bilərsiniz, sonra, yaşıl, Kartofu, üzərinə, kartof, tərəvəz, bişirin, dəqiqə, qədər, xodda, gözləyin, bişənə, isinmiş, Supun, örtərək, qarışığın, tavanı
BİZİ İZLƏYİN