• Mannı ilə göbələk şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 645

Tarix : 18-01-2017, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
0.5-1 kq göbələk
700 ml su
400 ml süd
3 baş soğan
2 yerkökü
6-7 kartof
2 x.q. mannı yarması
3 dəfnə yarpağı
1 çimdik kəklikotu
duz
istiot

Hazırlanması:
Soğanı xırda doğrayıb bitki yağında 5 dəqiqə qovurun.

Yerkökünü sürtgəcdən keçirib soğana əlavə edin, daha 7 dəqiqə qovurun.

Kartofu təmizləyib yuyun, sürtgəcdən keçirib soğanla yerköküyə əlavə edin. Kartof yumşalanacan bişirin.

Qazana su tökün. Göbələyi əlavə edib qaynadın.

Süd əlavə edin. Şorba qaynara düşəndə qovurduğunuz tərəvəzi əlavə edin.

Dəfnə yarpağı, duz və ədviyyatı əlavə edin. 7 dəqiqə bişirin.

Tez-tez qarışdıraraq mannı yarmasını nazik axınla əlavə edin ki, lopa qalmasın. Vam odda daha 10 dəqiqə bişirib ocaqdan götürün.

Yarım saat dəmdə saxlayın.

Süfrəyə verərkən üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Mannı ilə göbələk şorbası resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, sürtgəcdən, keçirib, bişirin, yarpağı, qovurun, mannı, ədviyyatı, qarışdıraraq, yarmasını, nazik, səpin, Dəfnə, tərəvəzi, Şorba, qaynara, keçirilmiş, düşəndə, qovurduğunuz
BİZİ İZLƏYİN