• Makaron şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 17 724

Tarix : 4-10-2016, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Makaron
1 yemək qaşığı zeytun yağı
1 soğan
1 diş sarımsaq
1 kök
1 dəstə kərəviz
2 dəfnə yarpağı
Kəklikotu
File və 5 st. toyuq bulyonu
Duz

Hazırlanması:
Əvvəlcə, makaronu qablaşdırmanın üzərində göstərilmiş qaydada hazırlayın. Eyni zamanda, zeytun yağında xırda-xırda doğranmış soğanı, sarımsağı, kökü, kərəvizi təxminən 8 dəqiqə qızardın. Toyuq ətini də qaynadıb, bişirin. Sonra dəfnə yarpağı və kəklikotu ilə birlikdə qızarmış qarışığa əlavə edin. Bulyonu da bunların üzərinə tökün və 10 dəqiqə qaynadın. Makaronu supa süfrəyə verməmişdən 5 dəqiqə əvvəl əlavə edin. Beləliklə, toyuqlu makaron supu hazırdır.

Nuş olsun!
Etiketlər: dəqiqə, xırda, dəfnə, yarpağı, zeytun, əlavə, kəklikotu, qarışığa, birlikdə, qızarmış, Sonra, Toyuq, qızardın, ətini, qaynadıb, bişirin, Bulyonu, tökün, toyuqlu, Beləliklə
BİZİ İZLƏYİN